Xəbər Heydərli Məzahir: Xalqımın seçdiyi rəhbər

Heydərli Məzahir: Xalqımın seçdiyi rəhbər

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
İnsan üçün ən şirin şey onun yaşamı,həyatı,ailəsi və canıdır deyirlər. Heç kəs bütün bunları heç nəyə fəda edəcək qədər cəsarətli deyil bu həyatda.Həyatını,canını,rahatlığını düşünmədən özünü xalqına həsr edən cəsarətin özülü olan insan... Parlaq günəşim... Bu gün sənin,mənim,bizlərin rahat yaşaması üçün gündüzünü gecəsinə qatan dahi...

 “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır” kəlamı ilə qəlblərdə taxt quran Öndər. Uşaqlıqdan adına Heydər baba dedik. Uşaqlar üçün baba dünyanın qəhrəmanı olur,möcüzələr yaradır,onları hər şeydən müdafiə edir. Eynilə sənin kimi,Ulu Öndərim. Bəlkə də ondan irəli gəldi ki atamı itirdiyim gündən sənə daha da bağlandım...Kiçik yaşımın qorxularını səninlə birgə dəf etdim mən. Məsələn gecələr heç qorxmadım. Bu ölkədə hər bir uşağın necə müdafiə olunduğunu yaxşı bilirdim çünki. Mən sənin qurub yaratdığın dövlətdə ilk addımımı atdım,təhsilimi aldım,özümü dərk etdim. Sən neçə neçə körpənin,gəncin,yaşlının ümid yeri,arzularının, xəyallarının gerçəklik pərisi oldun.Yurdumuza paslı qəfəsdən azad olan bülbülün sevincini yaşatdın. Hər nə müsibətlər baş verir versin,xalqı heç bir zaman susdurmaq olmur.Sən xalqımın seçdiyi rəhbər oldun. Çıxış yolumuza,and yerimizə çevrildin.Nə xoşbəxt xalqıq ki bir zamanlar başımızda sənin kimi bir rəhbər durdu.Azərbaycanın sabahını yazdı,xalqını da həmin işıqlı sabaha çıxardı.Neçə neçə insanın dualarında var oldu. “Mən fəxr edirəm ki,Azərbaycanlıyam” kəlməsini dillərə əzbər etdi. Bu günə qədər heç bir ölkə başçısı göz yaşları içində öz dövlətinə həsr olunmuş şeiri səsləndirməmişdi. Onun gözlərindən axan hər damla yaş yağıları,bütün çətinlikləri selə suya boğub uzaqlaşdırırdı ölkəmizdən. Heydər Əliyev xalqımız üçün güc mənbəyi olub,olacaq da! Bu gün hər birimizin getdiyi yolda liderin ayaq izləri var. Bura elə bir yoldur ki hər tərəfi əlvan çiçəklərlə əhatələnib ki,onların da bağbanı Heydər Əliyevdir. Xalqımıza uğur və xoşbəxtlik gətirən dahinin müqəddəs ruhu daima yanımızdadır.

Adı-sanı yenilməz bir ordu olan dahi indi odlar yurdunda əbədi məşəl olaraq yaşayır. Yaşayır ki xalqını da yaşada bilsin.Üzərindən illər qərinələr keçsə belə bu ölkənin hər daşında onun xatirəsi qalacaq, nəsillər onun adını yaşadacaq. Bir jurnalist olaraq qələm adımı məhz onun adı ilə bağlamaq mənim ulu öndər qarşısındakı ən böyük borcum idi. Heydərli Məzahir... Çünki mən bu həyatda olduqca Ulu Öndər sevgisi daima qəlbimdə yaşayacaq. Adınla,əsərin olan ölkəmlə fəxr edirəm. Çünki Azərbaycan mənim idealımın şah əsəridir!