Xəbər Heydərli Məzahir: Bu gün Azərbaycan gəncliyi üçün yatırılmış sərmayə Azərbaycanın gələcəyi üçün yatırılmış ən önəmli sərmayədir.

Heydərli Məzahir: Bu gün Azərbaycan gəncliyi üçün yatırılmış sərmayə Azərbaycanın gələcəyi üçün yatırılmış ən önəmli sərmayədir.

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Cənab Prezidentin Azərbaycan Prezidenti Yanında Gənclər Fonduna ayırdığı 3 milyon manat vəsait ölkəmizdə ən böyük önəmin həmişə olduğu kimi bu gün də gənclərdə olduğunu sübut etdi.

Dünya ölkələrinin bir çoxunda gənclərə müəyyən qrantların ayrılmasına,dövlət əhəmiyyətli yüksək vəzifələrdə təyin olunmasına ikili münasibət bəslənilir.Bütün bunlar gənclərə olan inam hissinin azlığından irəli gəlir. Lakin ölkəmizdə müntəzəm olaraq gənclər üçün yaradılan imkanlar onların gələcəyə daha inamla və böyük motivasiya ilə irəliləməsinə səbəb olur. Bu da öz növbəsində gələcəyi parlaq olan dövlətin sütunlarını sağlam şəkildə inşa edərək zirvəyə qalxması üçün şərait yaradır. Gənclərdə özünə inam hissini yaradıb,aparıcı sahələrin sükanlarını onlara həvalə etmək vacib addımdır. Ayrılmış qrantlar kreativ ideyaların həyata keçirilməsi,vətənpərvərlik ruhunun aşılanması,ölkəmizin beynəlxalq aləmdə mədəniyyət,idman,səhiyyə,təhsil sahələrinin tanınması mövzusunda yazılmış layihələrin gerçəkləşdirilməsi üçün ən gözəl addımdır. Gənclər bununla təcrübələrini artıraraq qalib olan layihələri vasitəsilə həm ölkə daxilində həm də xaricində əhəmiyyətli addımlar atırlar. Bu gün öz sözünü deyərək ölkəsini dünya miqyasında tanıdan,fikirlərini,ideyalarını gerçəkləşdirə bilən Azərbaycan gəncliyi sabahın güclü Azərbaycanı deməkdir!