Xəbər Rufiz Qonaqov: “Azərbaycan-Rusiya arasında əlaqələr yüksək səviyyədədir” MÜNASİBƏT

Rufiz Qonaqov: “Azərbaycan-Rusiya arasında əlaqələr yüksək səviyyədədir” MÜNASİBƏT

Müəllif: Xeberim.az on in Müsahibə
1st Image
“Ümumrusiya Azərbaycanlılar Konqresinin ayın 15-də bağlanması məsələsi ilə bağlı deyə bilərəm ki, bu, Rusiya və Azərbaycan arasında növbəti dəfə yeni bir təxribat cəhdidir. Təbii ki, məqsəd də hər iki ölkə arasında olan münasibətlərə xələl gətirmək, eyni zamanda bundan daha çox ermənipərəst dairələrin sözsüz ki, marağı var. Bununla belə, Rusiya ilə Azərbaycan arasında olan dostluq, mehribanlıq əlaqələrinin pozulması marağı var”.

Bunu SİA-ya açıqlamasında “Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi” İctimai Birliyinin sədri Rufiz Qonaqov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti cənab İlham Əliyev ilə Rusiya prezidenti Vladimir Putin arasında çox yüksək səviyyədə dostluq münasibətləri var: “Əlbəttə ki, bu münasibətlər uzun illərdir ki, mövcuddur. Azərbaycanla Rusiya arasında bu gün hərtərəfli əlaqələr – iqtisadi, siyasi, diplomatik və digər ticarət əlaqələri çox yüksək səviyyədədir. Təbii ki, bunu gözügötürməyən qüvvələr sözsüz ki, burada erməni dairələrinin və eyni zamanda Rusiya-Azərbaycan dostluğunu istəməyən dairələrin maraqları çox böyükdür. Onlar növbəti bir cəhd göstərərək bu konqresi bağlamaqla iki ölkə arasındakı münasibətlərə xələl gətirmək məqsədini qarşıya qoyurlar. Heç şübhəsiz ki, bu cəhdlərin heç bir əhəmiyyəti yoxdur”.