Xəbər ADNSU-da kitab sərgisi təşkil olunub

ADNSU-da kitab sərgisi təşkil olunub

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) əsaslı kitabxanasında dövlət müstəqilliyimizin bərpasının iyirmi altıncı ildönümü münasibətilə “18 oktyabr - müstəqillik günü və yeni nəşrlər” mövzusunda kitab sərgisi təşkil olunub.

ADNSU-dan redaksiyamıza bildiriblər ki, sərgidə “Lider, dövlət, cəmiyyət”, “Bəsirət ünvanı” və digər adda kitablar, ulu öndər Heydər Əliyevin fəlsəfi fikirlərini əks etdirən nəşrlər geniş yer alıb.
Eyni zamanda, burada universitetin müəllimlərinin yeni çapdan çıxmış dərslikləri, dərs vəsaitləri və digər materiallar da daxil olmaqla 46 adda kitab nümayiş etdirilir.//palitranews