Xəbər Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub

Baş nazirin müavini Tərtərdə məcburi köçkünlər üçün salınan məhəllədə tikinti işlərinin gedişi ilə tanış olub

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Oktyabrın 20-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Tərtər rayonunda məcburi köçkünlər üçün inşa edilən və tikintisi başa çatmış yaşayış məhəlləsində son tamamlama işləri ilə tanış olub.

 Baş nazirin müavini tikintidə çalışan şirkətlərin rəhbərləri ilə birlikdə yaşayış məhəlləsinə baxış keçirib, işlərin yüksək keyfiyyətlə başa çatdırılması ilə bağlı konkret tapşırıqlar verib.

Qeyd edək ki, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə təchiz olunan yaşayış məhəlləsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilən “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na 2011-ci il 21 fevral tarixli Sərəncamla edilmiş “Əlavələr”in 1.7-ci bəndinə əsasən inşa olunur.

Məhəllədə 1176 məcburi köçkün ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması nəzərdə tutulur. Layihəyə əsasən yaşayış məhəlləsində hər biri 4 mərtəbəli olmaqla 34 yaşayış binası, 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, həkim məntəqəsi, inzibati bina, klub icma mərkəzi, Avtomat Telefon Stansiyası inşa edilib. Binalardakı mənzillərin 120-si bir, 504-ü iki, 472-si üç, 80-ni dördotaqlıdır.//AZƏRTAC