Xəbər Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib

Aydın Hüseynov: Azərbaycan iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
«Son illər Azərbaycan həyata keçirilən məqsədyönlü siyasət sayəsində öz iqtisadi potensialını əhəmiyyətli dərəcədə genişləndirib».

Bu fikri Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
A.Hüseynov bildirib ki, ölkəmizin iqtisadi inkişaf dinamikası qlobal reytinq agentliklərinin hesabatlarında da yüksək qiymətləndirilir. Onun sözlərinə görə, Dünya İqtisadi Forumunun son hesabatında da öz əksini tapıb.
«Hər bir ölkədə uğurlu iqtisadi inkişafın səmərəliliyi isə ilk növbədə sosial sferanın adekvat şəkildə diqqət mərkəzində saxlanılması ilə ölçülür. Bu mənada məmnunluqla qeyd edə bilərik ki, Azərbaycanda mütərəqqi iqtisadi inkişaf ölkə vətəndaşlarının mənafeyinə yönələn güclü sosial siyasətlə tamamlanır. Dövlət siyasəti ona istiqamətləndirilib ki, respublikamızda sosial sfera dünyanın inkişaf etmiş ölkələrindəkindən geri qalmamalıdır. Bu strateji kursa uyğun olaraq Azərbaycanda ardıcıl surətdə insanların rifah halının yüksəlməsinə, həyat şəraitinin yaxşılaşmasına, müxtəlif xidmətlərə olan ehtiyaclarının dolğun şəkildə ödənilməsinə, maddi təminatlarının möhkəmlənməsinə yönələn layihələr həyata keçirilir»- deyə, deputat qeyd edib.