Xəbər Böyrək çatışmazlığından əziyyət çəkən iki övlad atasının yardımınıza ehtiyacı var

Böyrək çatışmazlığından əziyyət çəkən iki övlad atasının yardımınıza ehtiyacı var

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Bakı şəhəri Suraxani rayonunda yaşayan Ayatov Famil Mübariz oğlu böyrək çatışmazlığından əziyyət çəkir

 Bir neçə il öncə bu problemlə üzləşdiyini öyrənən Famil bəy əməliyyat edilib və donor olaraq anasının böyrəyi ona köçürülüb. Lakin zaman keçdikcə müayinələr zamanı böyrəyin ona düşmədiyi ortaya çıxıb. Qeyd edək ki Famil bəyin iki azyaşlı övladı var. Yenidən əməliyyat edilməlidir. Sağalacağına ümid var,çünki donor kimi atasının böyrəyini ona köçürəcəklər. Lakin bu prosesin icrası üçün təcili şəkildə 18 min dollar pul lazımdır. Çünki böyrəyi tamamilə fəaliyyətini dayandırır.Famil bəy üçün bank hesabı açılıb. Hər birimiz Azərbaycanlıyıq,qəlbimizdə mərhəmət və kömək əli uzatmaq hissi var. Bir manat belə həmyerlimizə kömək ola bilər. 32 yaşlı gənc və ən əsası iki uşaq atası həyatda qalmağa layiqdir,ən azından körpələrinə görə. Sadə vətəndaşlardan tutmuş,dövlət məmurlarına,əlində səlahiyyəti olan hər bir kəsə qədər,hamıya səslənib Famil üçün kömək istəyirik. Bu səhər oyandığımızda əlimiz və ayağımız tutursa,övladlarımızı sevindirməyə gücümüz çatırsa,gəlin bir manat belə olsa yardım edib Familin iki körpəsini,öz orqanlarını ona donor olaraq verən ata anasını da sevindirək. Əyər onun sağlamlığı Allahdan sonra bizim əlimizdədirsə niyə də bu əli ona uzatmayaq? Famil bəyin hesab nömrələrini aşağıda qeyd edirik Bankf of Baku Müştəri kodu 725963 Doğum tarixi 22.04.1989 Ətraflı şekilde ( milli ön aparatından "Bank xidmətləri" yazısı seçilir, bank siyahları ekrana gəlir. Həmin siyahıdan "Bank of Baku" seçilir, "karta köçürmə" xanasına daxil olduqdan sonra prosesi həyata yetirirsiniz) 

Əlaqə nömrəsi:  (+994 070) 203-70-35