Xəbər YAP İmişli rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

YAP İmişli rayon təşkilatı partiyanın yaranmasının 25-ci ildönümü münasibətilə tədbir keçirib

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümü ilə bağlı 16 noyabr 2017-ci il tarixində H.Əliyev Mərkəzində YAP İmişli rayon təşkilatının yığıncağı keçirildi

Ulu öndərimizin abidəsi qarşısında tər gül-çiçək dəstləri qoyularaq xatirəsi yadd edildi. Yığıncaq iştirakçılarının iştirakılə YAP –nın yaranması barədə filimə baxıldıqdan sonra Dövlət himni səsləndi. YAP İmişli rayon təşkilatının sədri cənab Səfa Ağayev bildirdi ki, bu gün Yeni Azərbaycan Partiyasının tarixində çox əlamətdar bir gündür. Belə ki, 21 noyabr 2017-ci ildə YAP-ın yaradılmasının 25 –ci ildönümü tamam olur . Yığıncaq iştirakçılarının salamladı, YAP-ın 25 illik yubileyi və 17 noyabr Milli Dirçəliş günü münasibətilə təbrik etdi. Səfa Ağayev çıxışında qeyd etdi ki, Müstəqil Azərbaycan Respublikasının çağdaş tarixinin mürəkkəb bir dövründə yaranan və çox qısa bir müddətdə bütün çətinlikləri arxada qoyub,ölkəmizin muasir dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevrilməsinin siyasi özlünü işləyib hazirlayan Yeni Azərbaycan Partiyasının yaradilmasının 25 illiyi tamam olur.Təkrarçılıq da olsa,qeyd etməliyəm ki,ilk dəfə 1992-ci il noyabrın 21-də qədim Naxçıvan torpağında 20-ci əsrin görkəmli dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan Yeni Azərbaycan Partiyası məhz dahi öndərimizin müdrük və uzaqgörən siyasəti, yuksək təşkilatçılıq fəalyiyəti sayəsində çətin sınaqlara mərdliklə sinə gələrək şərəfli mübarizə yolu keçmişdir. Bu illər ərzində Yeni Azərbaycan Partiyası demokratik və hüquqi cəmiyyət quruculuğu sayəsində böyuk uğurlar əldə etmiş,respublikamızın içtimai-siyasi həyatında hakim və aparıcı quvəyyə çevirilmişdir. Bu bir həqiqətdir ki,insanın azadlığını,dövlətin müstəqilliyini heç bir digər nemətlə əvəz etməklə mümkün deyil.Bu mənada hər bir azad insanın müstəqil dövlətdə yaşaması eyni zamanda onun xoşbəxtliyidir.Ona qörə də Azərbaycan xalqının istənilən nümayəndəsinin xoşbəxtliyi müasir dövr üçün Ulu öndərimiz Heydər Əliyev tərəfindən bəxş edilmişdir desək yanılmaraq.Sözün əsl mənasında Azərbaycan xalqının gündən-günə daha da yaxşılaşmaqda olan həyat tərzi Heydər Əliyevlə müəyyən olunan uğurlu siyasətin bəhrəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin zəhmətinin səyinin,möhkəm iradəsinin və öz vətəninə olan sarsılmaz sədaqətinin bilavasitə nəticəsidir. YAP İmişli rayon təşkilatı Qadınlar Şurasının sədri Validə Zülfiqarova çıxışında bildirdi ki, partiyanın 25 illik fəaliyyəti dövründə Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKONUN xoşməramlı səfiri, ölkəmizin birinci vitse prezidenti Mehriban xanım Əliyevanın da xidmətləri danılmazdır. Onun xoşməramlı missiyası xalqla öz arasında dagılmayan körpü yaratmışdır. Onun biz qadınlara göstərdiyi əvəzsiz qayğısı nəticəsində daha cəsarətli işlər görürük. Qadınlarımız bu gün cəmiyyətin aparıcı qüvvəsidir.YAP İmişli rayon təşkilatı Qadınlar Şurasının bütün üzvləri çalışır ki, partiyamızın 25-illik yubileyinə görə,partiya üzvlüyünə qəbulun sayı artsın.Siyasi cəhətcə hazırlıqlı, savadlı, dünyağörüşlü qadınlar YAP-ın üzvlüyünə qəbul olunsunlar. İmişli şəhər 1 saylı orta məktəbin müəllimi Raci Ələsgərli , ərazi təşkilat sədri Rafael Məmmədov çıxışında qeyd etdilər ki,YAP qısa vaxt ərzində təşkilatlanaraq ölkənin ən güclü siyasi partiyasına cevrildi.Azərbaycan dövlətciliyinin,onun müstəqilliyinin,bu gününün və sabahının qarantına cevirilərək tariximizə mütəşəkkil və inteluktual bir siyasi güc mərkəzi kimi daxil oldu. Yeni Azərbaycan Partiyası yarandığı gündən etibarən ümummilli liderimizin bizə qoyub getdiyi milli inkişaf srategiyasının prinsiplərini əsas tutaraq öz fəaliyyətini davam etdirmiş və bu günki günümüzdə də davam etdirməkdədir. YAP İmişli rayon təşkilatı Gənclər Birliyinin idarə heyətinin üzvü Zamin Zeynalov çıxışında vurğuladi ki, dahi siyasi fenomen Heydər Əliyevin keçdiyi həyat yolunu indiki gənclik daim öyrənməli və bəhrələnməlidir. Ümummilli liderin 1993-cü ildə hakimiyyətə möhtəşəm qayıdışı ölkəmizi, xalqımızı, dövlətçiliyimizi, müstəqilliyimizi qarşılaşdığı ağır günlərdən qurtardı. Gənc nəslin inkişafı, tərəqqisi təbii ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu uğurlu gənclər siyasətinin nəticəsidir. Yeni Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin apardığı mütərəqqi siyasət bu gün bizim hər birimizin partiya həyatında daha fəal olmağımız üçün geniş şərait yaradır. Gənclər də Yeni Azərbaycan Partiyasının sadiq üzvləri kimi ölkəmizin inkişafında öz töhfələrini verməlidir. Bu gün rayon təşkilatında gənclərin sayı artmaqda davam edir. Hal-hazırda YAP İmişli rayon təşkilatında gənclərin sayı 2703 nəfərdir. Gənclərin partiyaya kütləvi axınının davamlı şəkil alması bilavasitə Yeni Azərbaycan Partiyasının sədri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə olan sarsılmaz inamın bariz nəticəsidir. İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev Yeni Azərbaycan Partiyasının yaranma tarixindən,onun təşəkkül tapmasından geniş və ətraflı danışdı.Bildirdi ki, YAP yaranmasının şərtləndirən və bir-birinə bağlı olan iki amili vurğulamaq istəyirəm . Birincisi, insanların Heydər Əliyevə olan inamı, Azərbaycanın gələcəyini Heydər Əliyevin qudrətində görməsi idi .İkinci amil isə, ölkədə gündən-günə dərinləşən böhranın qarşısını almaq yollarının axtarışlarından ibarət idi.Bu iki amil əsasında da Yeni Azərbaycan Partiyası yarandı. Yeni Azərbaycan Partiyasınin həyata kecirdiyi siyasət nəticəsində Azərbaycan sürətlə inkişaf edir,yüksəlir,iqtisadiyyətın inkişafı ilə yanaşı,vətəndaşların sosial - rifa halında ciddi dəyişikliklər baş verir. Beləliklə də, Yeni Azərbaycan Partiyası yarandığı gündən tarixin onun üzərinə qoyduğu missiyanı ləyəqətlə yerinə yetirdiyini ardıcıl olaraq subut edir. Son illər bütün bölgələr inkişaf edir. Bu mənada İmişli rayonunda yüksək səviyyədə həyata kecirilən abadlıq və quruculuq işləri davamlı olacaq .Vilyam Hacıyev iclas iştirakçılarına öz dəyərli tövsiyyələrini verdi. Qeyd etdi ki ,ölkə Prezidenti cənab İlham Əliyevin verdiyi fərman və sərəncamları vaxtında və layiqincə yerinə yetirmək ücün rayon içtimayyəti çalışmalıdır İmişli rayon İcra Hakimiyyətinin Başçısı cənab Vilyam Hacıyev yeni qəbul edilmiş partiya üzvlərinə partiya vəsiqələrini təqdim etdi. Və sonda Yeni Azərbaycan Partiyasının yaranmasının 25 -ci il dönümü münasibətilə partiya fəallarına və yubileylə bağlı keçirilən tədbirlərdə qalib gələnlərə fəxri fərman və qiymətli hədiyyələr verildi. Bununla da Yeni Azərbaycan Partiyasının yaradılmasının 25-ci ildönümünə həsr olunmuş yığıncaq başa çatdı. Dövlət himni səsləndi.