Xəbər “Ekoloji maarifləndirmədə region gənclərinin rolunun artırılması” layihəsi başa çatıb

“Ekoloji maarifləndirmədə region gənclərinin rolunun artırılması” layihəsi başa çatıb

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi tərəfindən “Ekoloji maarifləndirmədə region gənclərinin rolunun artırılması” adlı layihə başa çatıb.

Layihə çərçivəsində keçirilən tədbirlərdə təşkilatın sədr müavini Ramil Cavadov, icraçı direktor Rəşid Paşalı, ekspert Rəşad Nəbiyev, Ağdam Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul işçisi Ziya Hümbətov və başqaları iştirak ediblər.
Bildirilib ki, Ağdam rayonunun məcburi köçkün qəsəbə  və kəndlərində yaşayan gənclər arasında ekoloji biliyin artırılması, ətraf mühitə qarşı onlarda həssas, müsbət münasibətin formalaşdırılması, ətraf mühitin mühafizəsi ücün yüksək ekoloji mədəniyyətin öyrədilməsi və bu istiqamətdə maarifləndirmə işinin aparılması, eləcə də seminarların təşkil olunmasından ibarətdir. 
İştirakçılara layihə çərçivəsində ekologiya ilə bağlı hazırlanıb çap edilən maarifləndirici nəşrlər və və sertifikatlar verilib.
Qeyd edək ki, layihə üzrə keçirilən tədbirlərdə, ümumilikdə, 150 nəfərdən çox ziyalı, gənc və uşaq iştirak edib.