Xəbər “Şəhidlər unudulmur” layihəsi uğurla icra olunmuşdur

“Şəhidlər unudulmur” layihəsi uğurla icra olunmuşdur

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən Aprel döyüşlərdə şəhidlərimizin xatirəsinə həsr olunmuş “Şəhidlər unudulmur” layihəsi uğurla icra olunmuşdur.

Layihə rəhbəri Ələsgərli Əsmanın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda Aprel döyüşləri və Aprel döyüşlərində həlak olan şəhidlərimiz və milli qəhrəmanlarımız, həmçinin onların göstərdikləri şücaət haqqında müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından seminarlarda fəal olan gənclər sertifikatlarla təltif olundular.

Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.