Xəbər Mirsamir Məmmədov: "Dövlətimiz İslamın hümanizm dəyərlərini, tolerantlıq və bəşəri sülhü təbliğ edir"

Mirsamir Məmmədov: "Dövlətimiz İslamın hümanizm dəyərlərini, tolerantlıq və bəşəri sülhü təbliğ edir"

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan dövləti insani keyfiyyətlər və hümanizm prinsipləri üzərində qurulub. Bu gün möhtərəm cənab Prezident də, nəinki ölkə daxilində bunu aşılamaqdadır, hətta bütün dünyada, beynəlxalq kürsülərdə bu dəyərləri təbliğ edir.

Bu sözləri, 2017-ci ilin "İslam Həmrəyliyi İli"nin yekunlarından danışarkən, siyasi ekspert, politoloq Mirsamir Məmmədov deyib. M. Məmmədov əlavə edib ki, 
Dövlətimizin Başçısının 2017-ci ili İslam həmrəyliyi ili elan etməsi, İslam dünyasına çox böyük töhvələr verdi. Əvvəla möhtərəm cənab Prezidentin mövcud sərəncamına uyğun olaraq, ölkəmizin hər yerində İslam dəyərlərinin aşılanması, İslamın digər dinlərlə qardaşlığını və İslamın əslində Tolerantlıq, sülh və barış dini olmasını tərənnüm və ehtiva edən silsilə tədbirlər keçirildi və Dövlətimiz var qüvvəsilə həmrəyliyi, sülhü, barışı və bəşəri qardaşlığı təbliğ etməyə çalışdı. Bu ilin may ayında ölkəmizdə keçirilən "İslam Həmrəyliyi Oyunları" da bunun ən böyük göstəricisiydi. Dövlətimizin Başçısı möhtərəm cənab İlham Əliyevin sülh və əmin-amanlığa hesablanmış siyasəti nəinki ölkə daxilində, hətta bütün dünyada İslam qardaşlığına və habelə dinlərarası münasibətlərə təsirsiz ötüşmədi. Azərbaycanda İslamın bütün əxlaqi və insani dəyərləri qorunmaqda, inkişaf etdirilməkdə və uca tutulmaqdadır. Habelə ölkəmizdə yaşayan digər səmavi inanclara və dinlərə böyük hörmət və ehtiram mövcuddur. Azərbaycan Dövləti ümummilli lider, ulu öndər Heydər Əliyev tərəfindən ərsəyə gətirilərkən bütün bu dəyərlərin əsası qoyulmuş və bu gün Dövlətimizin başçısı möhtərəm cənab İlham Əliyev tərəfindən daha da inkişaf etdirilməkdədir. Dövlətimizin başçısı beynəlxalq tədbirlərdə, sammit və forumlarda beynəlxalq tribunadan hər zaman İslamın sülh və əmin amanlıq, barış və insanpərvərlik dini olmasını vurğulamaqdadır. Bunun özü İslam adına böyük xidmət və mühüm bir töhvədir. Hazırda Dövlətimizin apardığı daxili və xarici siyasətdə İslam adına mühüm və böyük töhvələr verilməkdədir ki, Azərbaycanda İslamın bütün əxlaqi və hümanizm dəyərləri qorunmaqda və inkişaf etdirilməkdədir. Ölkəmizdə müsəlmanlar və qeyri müsəlmanlar arasında qardaşlıq və qarşılıqlı mehribanlıq şəraiti təmin edilib ki, bütün bunlar dünyanın heçbir yerində olmayan bir göstəricidir. Bu günümüzdə Dövlətimizin başçısının yürütdüyü praqmatik və müdrik siyasət daxili və xarici siyasətimizdə məhz buna xidmət edir. Bu səbəbdən Azərbaycan dünyanın ən nümunəvi müsəlman ölkəsidir.