Xəbər “Gənclərə Azərbaycan Tarixinin aşılanması“ intellektual yarışması həyata keçirilmişdir

“Gənclərə Azərbaycan Tarixinin aşılanması“ intellektual yarışması həyata keçirilmişdir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
14-21 dekabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Binəqədi rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclərə Azərbaycan Tarixinin aşılanması“ intellektual yarışması həyata keçirilmişdir.

 Layihənin rəhbəri Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Vüsalə Fətullayevadır. Layihənin keçirilməsində məqsəd Azərbaycan tarixinin gənclər arasında təbliği və onların bu sahədə biliklərinin artırılmasıdır. “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində keçirilən layihənin gedişatında iştirak edən gənclər həm tariximiz haqqında olan bilgilərini genişləndirdilər, həm də tariximizin təbliğində bir növ yaxından iştirak etdilər. Qeyd edək ki, “Gənclərə Azərbaycan Tarixinin aşılanması“ intellektual yarışmasında Student`s of history, Heredotun varisləri, Hürriyyət, Vuruşan padşahlıqlar, Legion, Kapitan Qrantın uşaqları intellektual bacarıqları ilə yarış zamanı səslənən sualları cavablandıraraq bir-biriləri ilə mübarizə apardılar. Sonda fərqlənən 3 komanda diplomla, digər iştirakçılar isə sertifikatla təltif ediliblər.