Xəbər “Aprel döyüşləri Azərbaycanın tarixi qələbəsidir” layihəsi uğurla icra olunmuşdur

“Aprel döyüşləri Azərbaycanın tarixi qələbəsidir” layihəsi uğurla icra olunmuşdur

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Aprel döyüşləri Azərbaycanın tarixi qələbəsidir” layihəsi uğurla icra olunmuşdur.

Layihə rəhbəri Cavad Əliyevin verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda Aprel döyüşləri və Aprel döyüşlərində həlak olan şəhidlərimiz və milli qəhrəmanlarımız, həmçinin onların göstərdikləri şücaət haqqında bukletlər paylanmış və müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından seminarlarda fəal olan gənclər sertifikatlarla təltif olundular.

Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.