“Tvitterdə təbliğat kampaniyaların aparılmasında gənclərin rolu” uğurla icra olunmuşdur
Layihə rəhbəri Süleymanlı Rəna verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda tvitter və istifadə qaydaları, tvitter təbliğat işinin aparılması qaydaları və səmərəliliyi haqqında geniş müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından seminarlarda fəal olan gənclər sertifikatlarla təltif olundular.
Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.