Xəbər “Azərbaycanda mədəni turizminin inkişafında gənclər rolu” layihəsi uğurla icra olunmuşdur

“Azərbaycanda mədəni turizminin inkişafında gənclər rolu” layihəsi uğurla icra olunmuşdur

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda mədəni turizminin inkişafında gənclər rolu” layihəsi uğurla icra olunmuşdur.

Layihə rəhbəri Əsgərli Rəşadın verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 2 gün davam edən seminarlarda turizm sahələri barəsində gənclərin məlumatlanması, Azərbaycanın turizm potensialının gənclərə aşılanması, turizm imkanlarından yararlanma üsullarının gənclərə öyrədilməsi kimi məsələlər üzərindən geniş müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından fəal olan gənclər sertifikatlarla təltif olundular.

Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.