Xəbər “Gənclərin turizm sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi” istiqamətində təlimlərin təşkili layihəsi uğurla icra olunmuşdur

“Gənclərin turizm sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi” istiqamətində təlimlərin təşkili layihəsi uğurla icra olunmuşdur

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Gənclərin turizm sahəsində bilik və bacarıqlarının inkişaf etdirilməsi” istiqamətində təlimlərin təşkili layihəsi uğurla icra olunmuşdur.

Layihə rəhbəri Dadaşova Royalənin verdiyi məlumata görə, 10-cu qrant müsabiqəsi çərçivəsində keçirilən və 3 gün davam edən seminarlarda Azərbaycanda turizmin sahələri barəsində gənclərin məlumatlanması, Azərbaycanda turizm potensialının gənclərə aşılanması, turizm imkanlarından yararlanma üsullarının gənclərə öyrədilməsi haqqında müzakirələr aparılmışdır. Sonda seminar iştirakçılarından fəal olan gənclər sertifikatlarla təltif olundular.

Tədbirlər zamanı və tədbirlərdən sonra mövzu ilə bağlı Gənclər Fondunun maliyyə dəstəyi ilə hazırlanmış çap materialları gənclər arasında paylanılmışdır.