Xəbər “Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin açılış tədbiri keçirilmişdir

“Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin açılış tədbiri keçirilmişdir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində Suraxanı rayonu Gənclər evində “Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin açılış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Fərid Əliyev ilk növbədə Gənclər Fondu haqqında ümumi məlumat vermiş, daha sonra layihənin məram və məqsədlərindən, dövlətin və xalqın həssas yeri olan Qarabağ müharibəsində canlarından keçmiş şəhidlərimizdən danışmış, xüsusi ilə 2016-ci il aprel döyüşləri zamanı şəhid olmuş hərbçilərimizin qəhrəmanlıqları haqqında tədbir iştirakçılarına məlumat vermişdir.
Hər bir kəs nitqinin sonunda “ Vətən,sağ olun! “ deyərək Qarabağın işğaldan tezliklə azad ediləcəyini və şəhidlərimizin qanlarının yerdə qalmayacağına əminliklə bildirdilər. Tədbirin sonunda Fərid Əliyev təkcə dövlətin deyil, hər bir vətəndaşın və qanında azərbaycanlı qanı axan hər bir kəsin şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşmasının vacibliyini vurğuladı.