Xəbər 2017-ci ildə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı 3823 nəfər olub

2017-ci ildə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı 3823 nəfər olub

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Son illərdə Ermənistan vətəndaşlığından imtina edənlərin sayı sürətlə artıb.

Bu barədə İrəvan polisinin pasport-viza departamentinin keçirdiyi mətbuat konfransında məlumat verilib. Bildirilib ki, 2017-ci ildə 3823 nəfər ölkə vətəndaşlığından imtina edib. Departament son illərin statistikasını da açıqlayıb. Məlumata görə 2012-ci ildə 968, 2013-cü ildə 1461, 2014-cü ildə 2407, 2015-ci ildə 2487, 2016-cı ildə 3863 nəfər ölkə vətəndaşlığından çıxıb. Ermənistan  mediası İrəvan polisinin pasport-viza departamentinin hesabatına şərh verərək yazır ki, əhalinin xaricə kütləvi axını hazırki rejimin dövründə daha geniş vüsət alıb. Ölkədən axın edənlərin böyük əksəriyyəti gənclərdən ibarətdir. Onlar Ermənistan kimi perspektivsiz yerdə yaşamaq istəmədiklərini, burada gələcəklərini görmədiklərini bildirirlər. Sonrakı sıralarda 40-50 yaş arasında vətəndaşlar gəlir. “Respublika” partiyasının deputatı, keçmiş polis rəisi Alik Sarkisyan da mediaya açıqlamasında deyib ki, ölkədən axın məsələsi hazırda Ermənistanın ən böyük problemidir. Ailələləri ilə birdəfəlik köçənlərin sayı çoxalıb. Ermənilərin ölkədən qaçmasının başlıca səbəbi isə işğalçı rejimin siyasətinin qurbanına çevrilməməkdir.