Xəbər “Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin bağlanış tədbiri keçirilmişdir

“Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin bağlanış tədbiri keçirilmişdir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində Suraxanı rayonu Gənclər evində “Şəhid olmuş hərbçilərimizin cəmiyyətə tanıdılması “ layihəsinin bağlanış tədbiri keçirilmişdir.

Layihə rəhbəri Fərid Əliyev Şəhidlərimizi, Şəhid valideyinlərimizi, qazilərimizi təkcə anım günlərində deyil, hər gün onları yad etmək və diqqətdə saxlamağın vacib olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.Tədbirdə iştirak edən Şəhid valideyinləri övladlarının həyatından, döyüşlərdə göstərdikləri igidliklərindən qəhrəmanlıqlarından və qorxmaz şücaətlərindən tədbir iştirakçılarına ətraflı məlumat verdilər. Sonda layihə rəhbəri tədbirdə iştirak etdiklərinə görə Şəhid valideyinlərinə və tədbir iştirakçılarına öz minnətdarlığını və təşəkkürünü bildirmişdir.