Xəbər Nəzərbəy Hacıağayev: "Dünyanın heç bir ölkəsində gənclərə bu qədər dövlət qayğısı yoxdur"

Nəzərbəy Hacıağayev: "Dünyanın heç bir ölkəsində gənclərə bu qədər dövlət qayğısı yoxdur"

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycanda dövlətin gəncələrə göstərdiyi bir qayğı mövcuddur.

Dünyanın heç bir ölkəsində gənclərə bu qədər dövlət qayğısı yoxdur. Bu sözləri açıqlamasında Türkiyə Respublikası Milli Təhsil Nazirliyinin nəzdinində fəaliyyət göstərən ""FONO" Açıköğretim" qurumun Baş təhsil məsləhətçisi Nəzərbəy Hacıağayev bildirib. O qeyd edib ki, Azərbaycanda Gənclər Siyasəti daim dövlətimizin , xüsusilədə cənab Prezident İlham Əliyevin diqqətində olub. Bu siyasətin əsası Ulu öndər, Ümummilider Heydər Əliyevin zamandında qoyulub. Ulu öndər daim Azərbaycan gənclərinin inkişafına şəxsən nəzarət edər və onların mükəməl təhsil almasında və xüsusilədə xarici dövlətrin nüfuzlu ali məktəblərində təhsil almasında maraqlı idi. Bu proses təkcə müstəqillik illərində deyil, ölkəmizin Sovet İttifaqının tərkibində olduğu dövürlərdə də davam edirdi. Ulu öndər Azərbaycana rəhbərlik etdiyi dövürlərdə gənclərimizin təhsil almasının vacibliyini , onların savadlı peşekar mütəxəsislər kimi yetişməsinin əhəmiyyətini bilərək onları həm Respublikamızda həm də İttifaqın digər ölkələrində təhsillərini davam etdirmələrinə yardımçı olurdu.

Ölkəmizdə hər il təşkil olunana gənclər formları, ölkə başçısının gəncləri şəxsən qəbul etməsi cənab Prezidentin gəncələrə qarşı nə qədər diqqətli olduğunun göstəricisidir. Onu da qeyd edə bilərəm ki, ölkəmizdə qəbul edilən gənclər proqramları da bu diqqətin əvəzolunmaz göstəricisidir.

Hər il ölkəmizdə keçirilən beynəlxaql idman yarışları və idmançılarımız uğurları dövlətimizin və Prezidentimizin gənc olan idmançılara qayğısıdır. 

Bu gün bir çox dövlət müəsisələrində gənclərin yüksək strukdurda vəzifə tutması, bəzilərinin şəxsi bizneslərini inkişaf etdirməsi ölkəmizdə gənclərə yaradılan iş imkanlarının göstəricisidir.

Sonda onu da qeyd etmək istəyirəm ki, Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət düşür və gənclərimiz bu məsuliyyəti dərk edib onlara yaradılan şəraitdən maksimum istifadə etməlidir.