Xəbər “HEYDƏR ƏLİYEVİN MİLLİ DÖVLƏTÇİLİK İDEOLOGİYASI – AZƏRBAYCANÇILIQ VƏ VƏTƏNÇİLİK” layihəsinin təqdimatı keçirilmişdir

“HEYDƏR ƏLİYEVİN MİLLİ DÖVLƏTÇİLİK İDEOLOGİYASI – AZƏRBAYCANÇILIQ VƏ VƏTƏNÇİLİK” layihəsinin təqdimatı keçirilmişdir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində Binəqədi rayonu Gənclər evində “HEYDƏR ƏLİYEVİN MİLLİ DÖVLƏTÇİLİK İDEOLOGİYASI – AZƏRBAYCANÇILIQ VƏ VƏTƏNÇİLİK” layihəsinin təqdimatı keçirilmişdir.

Layihə rəhbəri Emil Lətifov, ilk olaraq layihəsinə verdikləri dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun rəhbəri cənab Fərhad Hacıyevə minnətdarlığını bildirmişdir. Daha sonra layihənin məqsədi və məramı haqqında danışan layihə rəhbər sözü, Binəqədi rayon Gənclər evinin metodisti Mahmud Məmmədzadəyə vermişdir. Çıxışlardan sonra layihə çərçivəsində hazırlanmış film nümayiş etdirilmişdir. Sonda layihə rəhbəri tədbirdə iştirak etdiklərinə görə tədbir iştirakçılarına öz minnətdarlığını və təşəkkürünü bildirmişdir.