Xəbər Sevinc Fətəliyeva: Azərbaycanda keçirilən VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunur

Sevinc Fətəliyeva: Azərbaycanda keçirilən VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunur

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
«Azərbaycanda keçirilən VI Qlobal Bakı Forumunda mühüm məsələlər müzakirə olunur». Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, Forumda dünyanın nüfuzlu siyasi, elm, ictimai xadimləri iştirak edir. Onun sözlərinə görə, belə bir mötəbər beynəlxalq tədbirdə dünyada mövcud olan aktual məsələlər geniş müzakirə olunur.

«Bu fakt göstərir ki, beynəlxalq arenada Azərbaycanın rolu güclənir. Azərbaycan Şərqlə Qərbin, sivilizasiyaların  qovuşuğunda yerləşdiyi üçün bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi tamamilə məntiqəuyğundur. VI Qlobal  Forum əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Bu gün öz işinə başlayan Forumda dünyanın bir çox ölkələrindən nümayəndələr iştirak edir. Hesab edirəm ki, forumda müzakirə olunan məsələlər dünyada mövcud olan bir srıa problemlərin həlli baxımından əhəmiyyətlidir»- deyə, deputat qeyd edib.