Xəbər Mübariz Qurbanlı Azərbaycanda insanların radikal dindarlığa niyə meyl etdiyinin səbəbini açıqladı

Mübariz Qurbanlı Azərbaycanda insanların radikal dindarlığa niyə meyl etdiyinin səbəbini açıqladı

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Komitə sədri Real TV-yə eksklüziv müsahibə verib

"Bütün dinlərdə radikal qruplar var. Bu yalnız İslama şamil edilmir".

Bu sözləri Real TV-yə müsahibəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Bir sıra vacib məsələlərə toxunan komitə sədri Azərbaycanda insanların radikal dindarlığa niyə meyl etdiyinin səbəbini açıqlayıb.

O bildirib ki, bunun əsas səbəblərindən biri dünyada İslam dininin olduğu kimi izah edilməməsindən irəli gəlir.

“Əgər İslam dini olduğu kimi izah edilsəydi radikal qrupların yaradılmasına ideoloji təbliğat baxımdan ehtiyac qalmazdı. Azərbaycan islam dünyanın bir parçası olduğu üçün bu proseslərdən kənarda qala bilməz. Azərbaycanda da radikal qruplardan yararlanmaq istəyən qüvvələr var. Bu səbəbdən İslami dəyərləri olduğu kimi insalara çatdırmalıyıq. Dinin siyasətə müdaxilə etməsinə imkan verməməliyik. Çünki din siyasətdən ayrıdır”, - deyə Mübariz Qurbanlı bildirib.

Müsahibəyə daha ətraflı video materialda baxa birləsiniz.