Xəbər Suraxanıda təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

Suraxanıda təbliğat-təşviqat kampaniyasına uğurla start verildi

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
11 aprel 2018-ci il tarixdə Azərbaycanda keçiriləcək Prezident seçkilərinə hazırlıq işləri yüksək səviyyədə davam etdirilir.

Belə ki, qanunvericiliyə əsasən martın 19-dan başlayaraq prezident seçkilərinə namizədlikləri qeydə alınmış şəxslərin təbliğat-təşviqat kampaniyasına start verilib. Bununla əlaqədar olaraq Yeni Azərbaycan Partiyası tərəfindən prezidentliyə namizədliyi irəli sürülmüş partiyanın Sədri cənab İlham Heydər oğlu Əliyevin təşviqat materiallarının yayılmasına başlanılıb.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatı da qanunvericiliyin tələblərinə və Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının müvafiq tapşırıq və tövsiyyələrinə uyğun olaraq partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına fəal qoşulub. Təbliğat üçün ayrılmış müvafiq yerlərdə təbliğat materialları olan üzərində “İlhamla İrəli” şüarı yazılmış plakatlar asılıb.

Təbliğat-təşviqat kampaniyasının yüksək səviyyədə və mütəşəkkil həyata keçirilməsi üçün prosesə Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının gənc fəalları və könüllüləri qoşulub.

Görüntünün olası içeriği: 4 kişi, Eldar Mirzaliyev dahil, ayakta duran insanlar, gökyüzü ve açık hava