Xəbər Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi

Prezidentin köməkçisi seçki ilə bağlı KİV-ə müraciət etdi

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Əli Həsənov: Jurnalistlər seçkini Seçki Məcəlləsinin tələblərinə uyğun işıqlandırmalıdır

Seçki mühüm prosesdir. Namizədlərin debatlarını əhaliyə, görüşləri ilə bağlı informasiyaları insanlara media orqanları çatdırır. KİV-in rolu seçkidə iştirak edən namizədin rolu qədərdir. Sechki-2018.az saytının xəbərinə görə, bunu Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Azərbaycan Respublikası prezidentinin seçkilərində kütləvi informasiya vasitələrinin rolu və vəzifələrinə həsr edilən seminar-müşavirədə deyib.

Prezidentin köməkçisi qeyd edib ki, jurnalistlər bu prosesi peşəkarlıqla, Seçki Məcəlləsinin tələblərinə uyğun həyata keçirməlidirlər: “Jurnalistlərin fəaliyyəti ilə seçkinin imici formalaşacaq. Burada məsuliyyət də önəmlidir. Jurnalistlər həm də Azərbaycan vətəndaşlarıdır. Seçki Məcəlləsinin tələblərini mütləq nəzərə alınmalıdır, belə olmazsa, seçkinin imicinə xələl gələr. Ölkə başçısı da prezidentliyə namizəddir. Onun cari fəaliyyəti ilə seçki təbliğatını düzgün dəyərləndirmək lazımdır. Bu cizgi nəzərə alınmalıdır”.

Ödənişli təşviqat məsələsinə toxunan Ə.Həsənov qeyd edib ki, jurnalistlər kommersiya maraqlarından da çıxış edirlər, bu da normal haldır: “Onlar, sadəcə, tərəflərə bərabər imkanlar yaratmalıdır”.