Xəbər Seçkilər beynəlxalq hüquq normalarına uyğun keçirilir

Seçkilər beynəlxalq hüquq normalarına uyğun keçirilir

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Suat Önal: Azərbaycanda seçkilər beynəlxalq hüquq normalarına uyğun keçirilir

Azərbaycan xalqı bütün seçki proseslərində iradə nümayiş etdirib. Əminəm ki, 2018-ci il prezident seçkilərində də xalq doğru seçim edəcək. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında Türkiyənin AŞ PA-dakı nümayəndə heyətinin üzvü, Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkili Suat Önal deyib.

Azərbaycanın üzv olduğu bütün təşkilatlarda böyük nüfuz qazandığını deyən S. Önal bildirib ki, bunun əsas səbəblərindən biri Azərbaycanın həmin təşkilatlar qarşısında götürdüyü  öhdəlikləri yerinə yetirməsidir.

“Şəffaf və ədalətli seçkilərin keçiriləməsi demokratik cəmiyyətin qurulması da bu öhdəliklərdən biridir. Azərbaycanda bu sahədə beynəlxalq əməkdaşlıq düzgün şəkildə qurulub. Təcrübə göstərir ki, Azərbaycanda seçki hüququ digərləri kimi beynəlxalq hüquq normalarına tam cavab verir və seçkilər bu normalara uyğun şəkildə keçirilir. Bunu beynəlxalq təşkilatların hesabatlarında da görmək mümkündür. Ədalətli və demokratik seçkilər isə ölkənin suverenliyini əks etdirir”, - deyə türkiyəli deputat qeyd edib.