Xəbər Azərbaycanda yeni avtomobil sınaqdan uğurla çıxdı

Azərbaycanda yeni avtomobil sınaqdan uğurla çıxdı

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Mart ayının 18-i tarixində Çinin Jac markasının T6 pikap tipli avtomobillərinin sınaq yürüşü keçirilirdi. Avtomobillər media nümayəndələrinin iştirakı ilə Bakıdan Gəncə şəhərinə oradanda Göy Göl dövlət qoruqu yaxınlığına kimi kimi sınaq edildi.

Səhər saat  06:00 da  Bakıdan start götürən sınaq yürüşü iştirakçıları saat 09:15 də Gəncə şəhərinə çatdılar. Gəncə avtomobil bazarında düzənlənən  xüsusi ərazidə potensial müştərilərə avtomobil haqda məlumatlar verildi. 200-ə yaxın insan JAC  T6 haqda dolğun məlumatlar əldə etdilər.  Avtomobilləri idarə edərək xüsusi manələrdən keçən şəxslərə JAC markasından xüsusi hədiyyələr təqdim olundu. Bayram abu havasında keçən sınaq yürüşü  saat 12:00 da nahar fasiləsinə çıxdı. Milli mətbəxin xüsusi hazırlanmış təamlarından dadan iştirakçılar  saat 13:00 da Hacıkənd Göy Göl istiqamətinə yollandılar. Avtomobilləri yolsuzluq şəraitində idarə edən media nümayəndələri avtomobilin texniki göstəriciləri və yanacağa qənaətli olmasını bildirdilər. Saat 17:00 da Gəncə istiqamətinə geri dönən iştirakçılar onlar üçün ayrılmış oteldə istirahət edtdilər.
Xatırladaq ki,  Jac markasının T6 modeli 34.800 AZN-dənbaşlayan qiymətlərlə təklif olunur. Markanın  Azərbaycanda yeganə və rəsmi distribyutoru Sirena Motors şirkətidir. Sirena Motors Jac markasından əlavə Çinin nəhəng avtomobil istehsalçıları olan  CHANGAN, BAİC VƏ GAC markalarınıda rəsmi və yeganə distribyutorudur. Sirena Motorsda avtomobillər ilkin ödəniş 10% dən başlayaraq 5 illik kredit şərtləri ilə satılır. Avtomobillərə 5 il və ya 120.000 km zəmanət verilir.