Xəbər Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçiriləcək

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) iyunun 5-də Bakıda növbəti Azərbaycan- Avropa İttifaqı biznes forumunu keçirəcək.

AZƏRTAC Alman-Azərbaycan Xarici Ticarət Palatasına istinadla xəbər verir ki, Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə keçiriləcək biznes forumun əsas məqsədi Aİ və Azərbaycan şirkətləri üçün işgüzar platforma yaratmaq, onların ölkədəki cari biznes mühiti haqqında müzakirələr aparmasına və işgüzar münasibətlər qurmasına yardımçı olmaqdır.