Xəbər "Onlar xarici qüvvələr tərəfindən öyrədilmiş insanlardır"

"Onlar xarici qüvvələr tərəfindən öyrədilmiş insanlardır"

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Hesab edirəm ki, Azərbaycan belə insanlardan imtina etməlidir. Əgər onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar”.

 SİA-nın məlumatına görə, bunu parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev deyib.

A.Abıyev bildirib ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır: “Bu inkişafı görən insanlar Azərbaycan haqqında belə sözlər danışırlarsa, deməli onlar azərbaycanlı deyillər. Biz onlardan imtina etməliyik. Onlar xarici qüvvələr tərəfindən öyrədilmiş, aldadılmış insanlardır. Sosial şəbəkələrdəki bu danışıqlar Azərbaycan xalqının maraqlarına uyğun deyil. Azərbaycanın çörəyini, yeyən havasını udan şəxslər hesab edirəm ki, belə danışmamalıdır”.