Xəbər Formula 1-in Azərbaycana xeyri: 277 milyon dollar (VİDEO)

Formula 1-in Azərbaycana xeyri: 277 milyon dollar (VİDEO)

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Nazir Azad Rəhimov Real TV-yə müsahibəsində bir sıra məqamlara toxunub

Gənclər və idman naziri Azad Rəhimov “Formula-1” yarışlarından Azərbaycanın nə qədər vəsait əldə etdiyini açıqlayıb.

Nazir Azad Rəhimov Real TV-də Mir Şahinə müsahibəsində bildirib ki, Azərbaycan bu yarışlardan birbaşa 160 milyon dollardan çox vəsait qazanır.

“PricewaterhouseCoopers şirkətinin təhlili nəticəsində məlum olub ki, “Formula 1” yarışının iki dəfə Azərbaycanda keçirilməsi nəticəsində ölkəmizin gəliri 277.3 milyon dollar, onun birbaşa gəliri isə 162 milyon dollar olub. Azərbaycana gələn turistlər təbii ki, dövlətin büdcəsinə xeyir gətirir. Tursitlər gələndə bütün xidmət sistemi işləməyə başlayır”, - deyə nazir bildirib.

Müsahibəyə daha ətraflı videomaterialda baxa bilərsiniz.