Xəbər "Azərbaycan tarixi və mədəniyyətinin gənclər arasında təbliği" layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilmişdir

"Azərbaycan tarixi və mədəniyyətinin gənclər arasında təbliği" layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilmişdir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Azərbaycan Respublikasının Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Azərbaycan tarixi və mədəniyyətinin gənclər arasında təbliği" layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilmişdir.

Sözügedən layihənin rəhbəri Günel Babayevanın sözlərinə görə əsas məqsəd gənclərin Azərbaycan tarixi və mədəniyyəti mövzusunda maarifləndirilməsi, bu istiqamətdə gənclərin bilgiləndirilməsini təmin etməkdən ibarətdir. G.Babayeva bildirmişdir ki, layihə hədəf kütləsi seçilən gənclər tərəfindən böyük maraqla qarşılanmış, maraqlı diskussiyalar aparılmış, bununla da, öz işini uğurla başa vurmuşdur.