Xəbər Lənkəranda yeni avtomobil mərkəzinin açılışı baş tutub

Lənkəranda yeni avtomobil mərkəzinin açılışı baş tutub

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Çin avtomobillərinin satışı və servis xidməti üzrə ixtisaslaşmış Sirena Motors şirkəti bölgələrdə daha bir sərgi satış salonunu və servis mərkəzi avtomobil həvəskarlarının ixtiyarına verib.

Beləki aprel ayının 28-i tarixində Lənkəran şəhərində şirkətin avropa standartlarına tam cavab verən sərgi satış salonunu və servis mərkəzinin təntənəli açılış mərasimi keçirilib. İlk öncə salonun açılışını simvolizə edən rəmzi lent Sirena Motorsun direktoru Mehmet Coşqun və  Sirena Motorsun Lənkəran filialının direktoru Elmar Həsənov tərəfindən kəsilib. Daha sonra salona daxil olan qonaqları  Mehmet Coşqun salamlayıb və salonun rəmzi açarını Elmar Həsənova təqdim edib. Daha sonra tədbirin bədii hissəsi baş tutub.  Xatırladaqki tədbirin aparıcısı tanınmış aktyor və aparıcı Elcan Rəsulov olub.

    Sirena Motors 2013 cü ildən fəaliyyət göstərir.  Çinin  4 nəhəng avtomobil zavodunun Azərbaycanda yeganə və rəsmi distribyutorudur. Bunlar Changan, Baic , GAC  və JAC  markalarıdır. Bakıda 4 salonu və 1 servis mərkəzi olan Sirena Motors ötən ilin sentyabr ayında Gəncə şəhərində satış salonu və servis mərkəzi açıb. Sirena Motorsda avtomobillər ilkin pdəniş 15% olmaqla satılır. Hər bir avtomobilə 5 il və ya 120.000 km zəmanət verilir.

Ətraflı məlumat üçün http://sirenamotors.az/ saytı və aşağıda göstərilən nömrələr xidmətinizdədir.

Əlaqə nömrələri: 

Bakı şəhəri (012) 341 11 33, 050 226 32 00, (050) 226 32 05

Gəncə şəhəri  (070) 991 19 19, (051) 250 51 20

Lənkəran şəhəri (050) 348 78 88

Qaynar xətt: 1630