Xəbər Bu gün mənim üçün ən önəmli və böyük günlərdən biridir

Bu gün mənim üçün ən önəmli və böyük günlərdən biridir

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Çünki 5 il öncə məhz bu gün Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə XƏBƏRİM İNFORMASİYA AGENTLİYİ və XƏBƏRİM MMC-nin fəaliyyətinə start verdik.

Saytı məhz bu gündə yaratmağımıza səbəb azad söz hüququna sahib olan Azərbaycan gəncləri olaraq ölkəmizi dünyada sübut etməkdir. Bu şansı bizə Ulu Öndərimiz vermişdi. Yarandığımız ilk gündən etibarən gördüyümüz işlər Cənab Prezidentin uğurlu siyasəti nəticəsində ölkəmizdə baş verən siyasi, iqtisadi, mədəni və idman sahəsində baş verən yenilikləri həm ölkə vətəndaşlarına həm də xarici dövlətlərə çatdırmaq olub.5 ildir ki heç bir
çətinliklə qarşılaşmadan, sözümüzü azad şəkildə mediada paylaşaraq addımlayırıq. Ilk gündən amalımız ölkəmizdə aparılan uğurlu siyasəti işıqlandırmaq olub və sona qədər də olacaq. Çünki bizim arxamızda bizə dəstək olan Azərbaycan dövləti durur. 5ildir ki bizi izləyən, fəal oxucularımıza öz minnətdarlığımızi minnətdarlığımızı bildiririk. Hamımız bir olub ölkəmizə dəstək olsaq bacarmayacağımız iş qalmaz. Çünki biz Ulu Öndərin ruhundan ilham alan, İlhamdan qüdrət alan Azərbaycan vətəndaşlarıyıq!