Xəbər Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyi Gürcüstanda geniş qeyd edilib

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 95 illiyi Gürcüstanda geniş qeyd edilib

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü Gürcüstanda da geniş qeyd olunub.

AZƏRTAC xəbər verir ki, mayın 10-da Azərbaycanın Gürcüstandakı səfirliyinin və konsulluğunun əməkdaşları, Gürcüstan parlamentinin deputatı Savalan Mirzəyev, Marneuli şəhərinin meri Temur Abasov, dövlət və hökumət rəsmiləri, bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətlərinin – SOCAR, AKKORD, Azərbaycan Dəmir Yolları, “Paşa Bank” və digərlərinin nümayəndələri, ictimai fəallar Tbilisinin mərkəzindəki Heydər Əliyev Parkına gələrək Ulu Öndərin abidəsi önünə əklil və gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər. Tədbir Azərbaycan səfirliyinin təşkilatçılığı ilə keçirilib.

Sonra səfirliyin və şirkətlərin nümayəndələri Rustavi şəhərinə gələrək buradakı parkda da Ümummilli Liderin abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Tədbirdə Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı, Rustavi şəhərinin meri və digər rəsmi şəxslər iştirak ediblər.