Xəbər Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb

Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Dövlət Gömrük Komitəsi ilə Qida Təhlükəsizliyi Agentliyi arasında anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıb.

Anlaşma memorandumuna əsasən hər iki qurum arasında ölkəyə idxal və ixrac olunan mal nümunələrinin ekspertizasının nəticələri barədə məlumat mübadiləsi, qarşılıqlı təcrübələrin aparılması nəzərdə tutulub. Həmçinin hər iki qurum arasında qida təhlükəsizliyi ilə bağlı birgə seminarlar da təşkil ediləcək.