Xəbər "İdeal müəllim" kitabı işıq üzü gördü

"İdeal müəllim" kitabı işıq üzü gördü

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Təhsil işçisi" döş nişanı və fəxri fərmanı ilə təltif olunan,"Pİ Akademiyasının" qurucusu Bəhman Məmmədovun "İdeal Müəllim" adlı kitabı oxuculara təqdim olunub.

Təqdimat mərasimində pedoqoqlar,təhsil işçiləri,tələbələr və media nümayəndələri iştirak edib. Nəşri böyük səbirsizliklə gözlənilən nəşr təqdimat zamanı maraqlı müzakirələrə səbəb olub. Kitabda müəllimin şəxsi təcrübəsindən qaynaqlanan yazılar çap olunub. Aktual olan mövzular heç vaxt köhnəlmir və zamanla lazımi problemlərin həllinə çevrilir.İdeal müəllim ideal cəmiyyət deməkdir. İdeal müəllimləri yetişdirmək isə bütün bəşəriyyəti xilas etməyə bərabərdir. Yüzlərlə ideal müəllim yetişdirə biləcək kitabın bir müddət sonra ali təhsil müəssisələrində müəllimlik ixtisası üzrə təhsil alan tələbələrə metodik vəsaiti olaraq təqdim olunacağına inanırıq. Səbəb isə Bəhman müəllimin gündəlik dərslərdə müsbət mənada standarlardan kənar və effektiv metodlardan istifadə etməsidir. İdeal müəllimliyə gedən yolda ən effektiv vasitə ola biləcək bu stolüstü kitaba uğurlar arzulayır,ikinci nəşrini isə səbirsizliklə gözləyirik.