Xəbər Bakı məktəbliləri ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstəriblər

Bakı məktəbliləri ali məktəblərə qəbul imtahanında maksimum nəticə göstəriblər

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil müəssisələrinin şagirdləri II və III ixtisas qrupları üzrə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, III ixtisas qrupu üzrə 45 nömrəli tam orta məktəbin şagirdi Elvin Kərimli, 89 nömrəli tam orta məktəbin şagirdi Şayxanım Həsənova, 214 nömrəli tam orta məktəbin şagirdi Leyli Əhmədova və Texniki-Humanitar Liseyin şagirdi Zeynəb Quluzadə bütün test suallarına düzgün cavab verərək 700 bal toplayıblar.
Qeyd edək ki, Elvin Kərimli 2017-2018-ci tədris ilində keçirilən respublika fənn olimpiadalarında tarix fənni üzrə bürünc medalın sahibi olub. Şayxanım Həsənova məktəbdə əlaçı və fəal şagirdlərdəndir. İstedadı və təfəkkürü, sərbəst fikir yürütmək qabiliyyəti, nümunəvi davranışı ilə seçilir. Leyli Əhmədova 2016-cı və 2017-ci illərdə respublika fənn olimpiadalarında tarix fənni üzrə qızıl medalın sahibi olub. Zeynəb Quluzadə 2016-cı və 2017-ci illərdə respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyatı fənni üzrə bürünc medal, 2017-ci və 2018-ci tədris ilində isə eyni fənn üzrə qızıl medal qazanıb.