Xəbər SOCAR-IN DƏSTƏYİ İLƏ AVROPADA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR UĞURLA BAŞA ÇATIB

SOCAR-IN DƏSTƏYİ İLƏ AVROPADA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ SİLSİLƏ TƏDBİRLƏR UĞURLA BAŞA ÇATIB

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə 2018-ci ili ölkədə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi, bu əlamətdar hadisənin ölkə daxilində və xaricində qeyd olunması ilə əlaqədar Avropanın bir sıra şəhərlərində, o cümlədən, Lüksemburqda, Fransanın Strasburq, İsveçrənin Cenevrə şəhərlərində silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

“Report”a daxil olan məlumata görə, həmin tədbirlər zamanı təşkilatçı gənc fəallar - Kamal Dadaşov və Aydın Əhmədov yerli ictimaiyyət nümayəndələrinə, xarici tələbələrə və diaspora nümayəndələrinə AXC-nin yaranma tarixi, Azərbaycanın dövlətçilik ənənələri, XX əsrin sonlarında ölkənin öz müstəqilliyini yenidən bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi altında keçdiyi sürətli inkişaf yolu, neft strategiyası, İlham Əliyevin apardığı davamlı, müasir inkişaf, milli brend olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), əsrarəngiz turizm potensialı və milli-mədəni dəyərlər barədə məlumat veriblər.

Tədbirlər mayın 15-də Lüksemburqda, mayın 16-da Strasburqda mayın 18-də isə Cenevrədə təşkil olunub. Tədbirlərin sonunda panel dinləmələrin, ekspo sərgilərin həyata keçirilməsi, xatirə şəkillərinin çəkilməsi və həmçinin SOCAR və Azərbaycanın turizm potensialı barədə promo videoların, broşur və suvenirlərin, Azərbaycanın milli təamlarından ibarət furşet masasının tədbir iştirakçılarına təqdim edilib.

AXC-nin 100 illiyi Lüksemburqda qeyd edildi