Xəbər Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır

Nurlana Əliyeva: Azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
«Ümummilli liderimiz Heydər Əliyev müasir dünyanın mürəkkəb geosiyasi reallıqları fonunda xalqımızın milli mentalitetinə və demokratik prinsiplərə əsaslanan qüdrətli dövlət yaradıb».

Bu fikri YAP Qadınlar Şurasının sədri, BSU-nun rektoru Nurlana Əliyeva deyib.

N.Əliyeva bildirib ki, Ümummilli liderin azərbaycançılıq ideologiyasının əsas istiqamətlərindən biri yüksək səviyyəli təhsil yaratmaqdır. Onun sözlərinə görə, bu dahi şəxsiyyət vətəndaş tərbiyəsində təhsilin rolunu daim yüksək qiymətləndirib, onu intellektual gəncliyin yetişdirilməsinin ən mühüm amillərindən biri hesab edib.

«Bu gün də respublikamızın təhsil sistemində innovativ yeniliklər, çevik islahatlar, əsaslı infrastruktur dəyişikliklər aparılır. Prezident İlham Əliyev Ulu öndərin uzaqgörən siyasi kursunu ardıcıl şəkildə davam etdirir. Ulu öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası təhsilimizin, mədəniyyətimizin, müstəqilliyimizin ana xəttini təşkil edir»-deyə, N.Əliyeva vurğulayıb.