Xəbər Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır

Əli Əhmədov: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunmasında ciddi problemlər yaradır

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanda məşğulluğun təmin olunması istiqamətində ciddi problemlər yaradır.

Trend-in məlumatına görə, bunu Baş nazirin müavini Əli Əhmədov Bakıda “Dayanıqlı İnkişaf Məqsədlərinə doğru: davamlı inkişafın və layiqli həyatın təbliği” adlı beynəlxalq konfransda deyib.

Ə.Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsi nəticəsində azərbaycanlılar Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalıb:

“Bunun nəticəsində bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bir milyondan artıq insanın layiqli əməklə təmin olunmasının nə qədər böyük vəzifə olduğunu bilirsiniz”.

Baş nazirin müavini qeyd edib ki, digər tərəfdən, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş torpaqlarının istifadə olunmaması problemlər yaradır: “Beləliklə, kənd təsərrüfatına yararlı torpaqların istifadə olunmaması faizi aşağı düşür”.