Xəbər Prezident İlham Əliyev: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir

Prezident İlham Əliyev: Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir

Müəllif: Xeberim.az on in Prezident
1st Image
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir. İlk dəfə olaraq müsəlman aləmində demokratik respublika yaradılmışdır.

 Biz haqlı olaraq fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıbdır. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı böyük xalqdır, Azərbaycan xalqı azadlıqsevər, mütərəqqi xalqdır.

Bu fikirləri Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbulda deyib.

Prezident qeyd edib ki, Azərbaycan dövləti Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının xatirəsinə böyük hörmətlə yanaşır: “Bir neçə il bundan əvvəl mənim Sərəncamımla Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılmışdır. Xalq Cümhuriyyətinin qurucularının adları əbədiləşdirildi. Bu il isə Azərbaycanda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunmuşdur və həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə bu yubileyi qeyd edərək biz böyük tədbirlər keçirmişik, keçiririk və ilin sonuna qədər bu tədbirlər keçiriləcəkdir”.

“Biz bu tarixi hadisə ilə haqlı olaraq fəxr edirik”, - deyə dövlətimizin başçısı vurğulayıb.