Xəbər Tereza Mey: Böyük Britaniya və Azərbaycan güclü və səmərəli münasibətlər qurublar

Tereza Mey: Böyük Britaniya və Azərbaycan güclü və səmərəli münasibətlər qurublar

Müəllif: Xeberim.az on in Dünya
1st Image
Böyük Britaniya və Azərbaycan arasında energetika sahəsinin hüdudlarını aşan sıx və səmərəli münasibətlər mövcuddur.

Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Tereza Meyin Bakıda keçirilən "Caspian Oil and Gas" 25-ci Beynəlxalq sərgi və konfransının iştirakçılarına müraciətində deyilir.
T.Mey qeyd edib: "Biz BP və SOCAR arasında hasilatın bölgüsü haqqında altı sazişin imzalanmasını birgə müşahidə etdik. Bu, son 25 il ərzində iki şirkət arasında qurulmuş inanılmaz tərəfdaşlığın göstəricisidir".
Müraciətdə bildirilir ki, ümumilikdə, Böyük Britaniya və Azərbaycan energetika sahəsinin hüdudlarını aşan, bir çox başqa sahələri əhatə edən güclü və səmərəli ikitərəfli münasibətlər qurublar:
"Mən bu münasibətlərin gələcəkdə möhkəmləndirilməsini gözləyirəm".