Xəbər Emmanuel Makron: Mən gənc Fransa komandasına inanıram

Emmanuel Makron: Mən gənc Fransa komandasına inanıram

Müəllif: Xeberim.az on in İdman
1st Image
RİA “Novosti”nin yaydığı xəbərə görə, Fransa Prezidenti Emmanuel Makron BFMTV telekanalına müsahibəsində deyib ki, mən Fransanın gənc milli futbol komandasına inanıram və arzu edirəm ki, bu komanda dünya çempionatında mümkün qədər uzağa getsin. Mən istərdim ki, onu dəstəkləmək üçün Rusiyaya getmək imkanım olsun.

E.Makron daha sonra qeyd edib ki, gənc komanda yaratmış Fransa millisinin baş məşqçisi Didye Deşama inanır: Mən hesab edirəm ki, üstünlüklərimizdən biri kollektiv oyundur...

Bu arada Rusiyada starta hazırlaşan dünya çempionatına bir qədər də yaxınlaşmışıq. Mundialın açılış matçına (14 iyun, Rusiya – Səudiyyə Ərəbistanı) üç həftədən də az vaxt qalır//Xalq qəzeti