Xəbər Azərbaycanın 1,3 trilyon kubmetrədək təsdiqlənmiş təbii qaz ehtiyatları var

Azərbaycanın 1,3 trilyon kubmetrədək təsdiqlənmiş təbii qaz ehtiyatları var

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Ötən ilin sonuna Azərbaycanın təsdiq edilmiş təbii qaz ehtiyatları 1 trilyon 277 milyard kubmetr olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) illik statistik hesabatında deyilir.

2017-ci ilin sonuna olan məlumata görə, Xəzəryanı ölkələrdən Rusiyanın təsdiqlənmiş qaz ehtiyatları 50 trilyon 617 milyard kubmetr, İranın 33 trilyon 810 milyard kubmetr, Türkmənistanın 9 trilyon 838 milyard kubmetr, Qazaxıstanın isə 1 trilyon 898 milyard kubmetr təşkil edib.

Təsdiq olunmuş təbii qaz ehtiyatlarına görə dünyada ilk sırada Rusiya (50,6 trilyon kubmetr), ikinci yerdə İran (33,8 trilyon kubmetr), üçüncü sırada 23 trilyon 861 milyard kubmetrlə Qətər, dördüncü yerdə Türkmənistan (9,8 trilyon kubmetr), beşinci sırada isə 9 trilyon 67 milyard kubmetr ilə ABŞ qərarlaşıb. Dünyada təsdiqlənmiş qaz ehtiyatları ən az olan ölkə 5 milyard kubmetrlə Çilidir.

Dünya üzrə təsdiq edilmiş qaz ehtiyatları keçən ilin sonuna 199 trilyon 444 milyard kubmetr olub. Bu həcmin 48,1 faizi, yəni 95 trilyon 951 milyard kubmetri OPEC-ə üzv ölkələrdədir. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) üzrə təsdiq olunmuş təbii qaz ehtiyatları 18 trilyon 793 milyard kubmetr, keçmiş Sovet İttifaqına üzv ölkələrin ehtiyatları isə 65 trilyon 519 milyard kubmetrdir.