Xəbər Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib

Gənclər və idman naziri Qubada şimal bölgəsindən olan vətəndaşları qəbul edib

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Gənclər və idman naziri Azad Rəhimov iyunun 8-də Qubada şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Quba, Qusar, Siyəzən, Şabran və Xaçmaz rayonlarından olan 20-dən artıq vətəndaş iştirak edib.

Qəbulda müxtəlif sahələrə dair müraciətlər əksini tapıb.

Gənclər sahəsinə aid müraciətlər əsasən, qeyri-hökumət gənclər təşkilatlarının yaradılması, müxtəlif layihələrin maliyyələşdirilməsi və onlara dəstək göstərilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, istirahət düşərgələrinin təşkili, Gənclər mərkəzlərinin müvafiq avadanlıqla təminatı və fəaliyyəti ilə bağlı məsələlərə aid olub.

İdman sahəsi üzrə isə müraciətlər arasında isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, Olimpiya İdman komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq Gənclər və İdman mərkəzlərinin (UGİM) və bölmələrinin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular üstünlük təşkil edib.

Qəbulda bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.