Xəbər İnam Kərimov: Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar

İnam Kərimov: Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
"Bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında 3 əsas prinsip qoyulub ki, bunlar kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirməkdir".

Trend-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri İnam Kərimov Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında çıxış edən zaman deyib.

Onun sözlərinə görə, ölkədə aqrar sahə yeni inkişaf mərhələsinə qədəm qoyub, bu sahədə sosial iqtisadi göstəricilər yüksəlib: "Kənd təsərrüfatı sahəsi ölkənin problemlərinin həllində, xüsusilə regionlarda yaşayan insanların məşğulluğunda önəmli rol oynayır. Vətəndaşların keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təminatı, ölkədən valyuta axının qarşısının alınması məsələsi qarşıda duran vəzifələrdəndir".

Nazir əlavə edib ki, bu gün Nazirlik fəaliyyətini 5 əsas istiqamət üzrə inkişaf etdirir: "Azərbaycan Dövlət Aqrar Universitetin fəaliyyətinin təkmilləşdirilməsi və beynəlxalq təcrübənin öyrənilməsi əsas istiqamətlərdəndir. Elmi resursları səfərbər etməklə aqrar sahədə problemlərin həllinə nail olmaq olar. Bu gün kənd təsərrüfatı sektoru və fermerlərin bizdən gözləntiləri var".