Xəbər Zakir Həsənov: "Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir"

Zakir Həsənov: "Azərbaycan Ordusu ən müasir raket və artilleriya sistemlərinə malikdir"

Müəllif: Xeberim.az on in Siyasət
1st Image
"Ali Baş Komandanın həyata keçirdiyi tədbirlər nəticəsində Silahlı Qüvvələr üçün yeni dağıdıcı silahlar alınıb".

APA-nın məlumatına görə, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.
Nazir qeyd edib ki, bütün döyüş maşınları yenilənib: "Yeni tanklar, yeni piyadaların döyüş maşınları, döyüşlərdə istifadə olunan yeni zirehli maşınlar alınıb. Bütün bu texnikalar iyunun 26-da keçiriləcək hərbi paradda nümayiş etdiriləcək".
Z. Həsənov qeyd edib ki, bu gün ordumuz ən müasir texnikalarla idarə olunur: "Bu gün biz ən müasir raket və artilleriya sistemlərinə malikik. Bu raketlər düşmənin istənilən hədəfini məhv etməyə qadirdir. Ali Baş Komandan bir neçə gün əvvəl bu raketlərlə tanış oldu. Onların hamısı paradda nümayiş etdiriləcək".