Xəbər Hacı Nuran Hüseynov “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adı ilə təltif olundu

Hacı Nuran Hüseynov “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adı ilə təltif olundu

Müəllif: Xeberim.az on in Gənclər
1st Image
Xeyirxah Platformasının təşkilatçılığı ilə Həyat Fondunun prezidenti Hacı Nuran Hüseynov və tanınmış teleaparıcı Azər Süleymanlı xeyirxah könüllülərlə görüşdülər.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) ofsində baş tutan görüşdə Xeyirxah Platformasının rəhbəri Çingiz Səfərov qonaqları salamladıqdan sonra, xeyirxah əməli ilə dəstək olan Hacı Nuran Hüseynova təşəkkür etdi. Qonaqlar xeyirxah işlərlə bağlı öz dəyərli fikirlərini gənclərlə  bölüşdülər.

 

Görüş əsnasında Xeyirxah Platforması adından Çingiz Səfərov Hacı Nuran Hüseynovu “Xeyirxah Platformasının Fəxri Rəhbəri” adına layiq görərək simvolik mükafatla təltif etdi. Daha sonra xeyirxah komandasının üzvlərindən olan Almaz Əliyeva və Aytac Kərimova qonaqlara öz hədiyyələrini təqdim etdilər. Qonaqlara dəstəyə görə Xeyirxah Platforması adından, eləcə də ATGTİ adından təşəkkür edildi. Sonda qonaqlarla birgə xatirə şəkli çəkdirildi.

 

Qeyd edək ki, platformanın fəaliyyəti ilə www.xeyirxah.com saytından tanış ola bilərsiniz.