Xəbər Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllıda beş rayonun sakinlərini qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri İsmayıllıda beş rayonun sakinlərini qəbul edəcək

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 17-də əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev İsmayıllı rayonunda İsmayıllı, Göyçay, Ağsu, Şamaxı, Qobustan rayonlarının sakinlərini fərdi qaydada qəbul edəcək.Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, qəbul zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun təmin olunması) aid vətəndaşların müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək. Vətəndaşlar adı, soyadı, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə nazirliyə rəsmi şəkildə (info@mlspp.gov.az elektron ünvana və ya poçt vasitəsilə) və “142-Çağrı mərkəzi” ilə əlaqə saxlayaraq avqustun 14-dək qəbula yazıla bilərlər. Vətəndaşlar müraciətlərin əvvəlcədən tərtib edilmiş siyahısı əsasında qəbul ediləcəklər.