Xəbər Böyükşor gölünün üzərindən inşa olunan yolun tikintisi üçün aparılan torpaq işləri bitmək üzrədir

Böyükşor gölünün üzərindən inşa olunan yolun tikintisi üçün aparılan torpaq işləri bitmək üzrədir

Müəllif: Xeberim.az on in Cəmiyyət
1st Image
Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Sözügedən yol Böyükşor gölünün üzərindən inşa edilir.AZƏRTAC Böyükşor gölünün üzərindən inşa olunan yolun tikintisi üçün aparılan torpaq işləri bitmək üzrədir 02.08.2018 [11:42] TİKİNTİ Bakı, 2 avqust, AZƏRTAC Bakı şəhəri ərazisində yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işləri yüksək keyfiyyətlə və sürətlə davam etdirilir. Sözügedən yol Böyükşor gölünün üzərindən inşa edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, uzunluğu 2,7 kilometr olacaq yeni avtomobil yolu Böyükşor gölünün iki hissəyə bölünməsi məqsədilə çəkilən 1570 metr uzunluğunda bəndin üz tərindən keçir. Layihə çərçivəsində yeni yol 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Hər bir zolağın eni 3,75 metr, hərəkət hissəsinin eni isə 15 metr təşkil edəcək. Yol üzərində 2 tunelin inşası da nəzərdə tutulub. İnşaat işləri əsas yolun, tunellərin və qovşaqların tikintisi olmaqla, bir-neçə hissə üzrə icra edilir. Hazırda əsas yolun tikintisi üçün sözügedən ərazidə torpaq işləri bitmək üzrədir, yararsız qrunt təqribən 160 min kubmetr həcmdə qazılaraq çıxarılıb. Bundan başqa, yolun profilə salınması üçün relyefdən aşağı olan hissələr yararlı qrunt materialı ilə qaldırılıb, hündür hissələr isə qazılaraq aşağı salınıb, tökülmüş torpaq lay-lay kipləşdirilib və 23,5 metr enində, təqribən 58 min kubmetr həcmdə yeni yol yatağının tikintisi işləri aparılıb. Hazırda yol boyu 2 laydan ibarət yeni yol əsasının inşası işləri aparılır ki, həmin işlər də yekunlaşmaq üzrədir. Yol boyu istiqamətləri ayırmaq məqsədi ilə 1 metr enində və 2727 metr uzunluğunda yol ayrıcının inşası da nəzərdə tutulub. Hər bir istiqamət üzrə piyada səkilərinin və çiyinlərin eni 3 metr olacaq. Bu məqsədlə əsas yol boyu dənəvər tərkibli əsasla 475 kvadratmetr sahədə səkilərin, optimal qum-çınqıl qarışığından isə 8480 kvadratmetr sahədə isə çiyinlərin tikintisi aparılacaq. Layihə çərçivəsində əsas yol boyu ayırıcı zolaq və səkilərin kənarlarına 8200 poqonmetr səki daşı düzüləcək, 16 yol nişanı və 3400 poqonmetr metal sədd çəpərləri quraşdırılacaq, qrunt sularının axıdılması üçün isə 1372 metr uzunluğunda, 300 millimetr diametrində drenaj borular çəkiləcək. Yeni avtomobil yolunun əvvəlində və sonunda 3 gediş və 3 gəliş olmaqla 6 hərəkət zolağından ibarət tunellərin inşası da aparılır. Tunellərin uzunluqları müvafiq olaraq 416,4 metr (qapalı hissə 67,4 metr) və 299 metr (qapalı hissə 22,5 metr) təşkil edir. Tunellərin hərəkət hissəsinin eni isə 29,5 metrdir. Tunellərin qapalı hissəsinin konstruksiyası düzbucaqlı qutu tiplidir. Bura döşəmə, divar və örtüyün konstruksiyası daxildir. Eyni zamanda, tunellərin inşası məqsədilə monolit dəmir-beton svayların vurulması işləri görülüb. Ümumilikdə hər iki tunel üçün uzunluğu 22800 metr olan 1000 millimetr diametrli svaylar vurulub. Tunellərin inşası zamanı monolit dəmir-betonla istinad divarlarının və döşəmənin inşası, həmçinin tunellərin müxtəlif diametrli su və neft borularının altına düşən hissəsində monolit dəmir-beton divarların quraşdırılması işləri aparılıb, tunelin konstruksiyası ruberoid və bitumla izolyasiya olunub, divar, sütun və tavan üzlük materiallarla üzlənib. Layihəyə uyğun olaraq, tunellərdə 180 metr uzunluğunda monolit dəmir-beton suaxıdan kanal quraşdırılır, 360 metr uzunluğunda səki daşları düzülür, tunellərin döşəməsinin altındakı qrunt sularının kənara axıdılması üçün 300 və 500 millimetr diametrində 3520 metr uzunluğunda metal borular quraşdırılır, həmçinin 1400 və 1600 millimetr diametrli su kəmərlərinin mühafizəsi üçün qapalı monolit dəmir-beton tunel inşa olunur. Aparılan işlər çərçivəsində yeni yolun giriş və çıxış hissələrində qovşaqlar tikilir. Qovşaqların ətrafında 300 kvadratmetr sahədə səki inşa edilir, qovşaqların ərazisində 655 metr uzunluğunda səki daşları düzülür. Sutkanın qaranlıq saatlarında yolun işıqlandırılması üçün müasir işıqlandırma sistemi qurulacaq, yol boyu bir və ikitərəfli işıqlandırmanı təmin edən 461 ədəd işıq dirəkləri, həmçinin yeni yolda 4 avtobus dayanacağı quraşdırılacaq, Ziya Bünyadov prospekti ilə Balaxanı–Binəqədi avtomobil yolunu birləşdirən ümumşəhər əhəmiyyətli yeni avtomobil yolunun tikintisi işlərində hazırda torpaqların alınması və müxtəlif təyinatlı maneələrin, yəni hərbi təyinatlı obyektin, biznes obyektlərinin, fərdi yaşayış evlərinin sökülməsi, həmçinin yola düşən yüksək gərginlikli hava xəttinin dayağının, əhali və sənaye obyektləri üçün nəzərdə tutulmuş 250 millimetr diametrində 2 qaz xəttinin, uzunluğu 300 metr, diametri 300 millimetr olan kanalizasiya xətlərinin və yüksək təzyiqli qaz və neft xətlərinin köçürülməsi və mühafizəsi, həmçinin 90 metr uzunluğunda və 530 millimetr diametrində yeni kanalizasiya xəttinin çəkilməsi işləri də aparılır. Yeni avtomobil yolunun inşası ilə sürücülər həm Xırdalan-Binəqədi-Balaxanı avtomobil yoluna, həm də Ziya Bünyadov prospektinə rahat çıxış əldə edəcəklər. Belə ki, avtonəqliyyat vasitələri 20 Yanvar dairəsindən istifadə etmədən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Xırdalan dairəsi ərazisindən Xırdalan, Masazır qəsəbələrinə, həmçinin Sumqayıt şəhəri və bu istiqamətinə yerləşən digər qəsəbələrə, bundan başqa, Binəqədi, Mehdiabad, Digah, Fatmayı, Goradil, Pirşağı qəsəbələrinə rahat çıxış əldə edəcəklər. Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolundan Zabrat-Maştağa avtomobil yoluna çıxmaqla isə sözügedən istiqamətdə yerləşən qəsəbələrə rahat gediş-gəliş təmin olunacaq. Həmçinin sözügedən qəsəbələrin sakinlərinin Ziya Bünyadov prospektinə çıxmaqla şəhər mərkəzinə rahat və qısa yolla hərəkət etmək imkanı yaranacaq. Bununla da, həm məsafə qısalacaq, həm vaxt itkisi azalacaq, həm də ki, xüsusən günün pik saatlarında istər Ziya Bünyadov prospektində, istərsə də Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyası qarşısından keçən hissəsində müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq. Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında tərtib olunmuş qrafiklə mövcud tikinti norma və standartlarına uyğun şəkildə yüksək keyfiyyətlə və sürətlə aparılır. Bunun üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Yeni yolun tikintisinin 2019-cu ildə yekunlaşdırılması planlaşdırılır.